"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,419 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 1,128 mlrd. manatla "“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,101 mlrd.manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 787,1 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 105,3 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 47,8 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.