Keniyada yaraqlıların hücumu nəticəsində doqquz nəfər həlak olub
Paylaş
72 baxış·1 dəq oxu
Bakı. 8 iyul. REPORT.AZ/ Keniyanın şimal-şərqində yaraqlıların hücumu nəticəsində azı doqquz nəfər həlak olub. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə polisdən bildiriblər. Qurbanların hamısı dinc sakinlər olub. Hüquq-mühafizə orqanlarındakı mənbələr hücumu "Əl-Şabab" qruplaşmasının yaraqlılarının həyata keçirə biləcəyini qeyd ediblər.