Çin Hərbi-Dəniz Qüvvələri 2018-ci ildə “Sakit okean hüdudu” (RIMPAC) beynəlxalq hərbi-dəniz təlimlərinə qatılacaq.
Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Tzinpin bildirib.
ABŞ-ın təşkilatçısı olduğu RIMPAC hərbi-dəniz təlimləri iki ildən bir Havay adaları akvatoriyasında keçirilir. İlk təlimlər 1971-ci ildə baş tutub.
Çin RIMPAC təlimlərində ilk dəfə 2014-cü ildə iştirak edib.