DİQQƏT: Avtomobilinizdə bunu etsəniz, ölə bilərsiniz

Sürücülərin bəziləri isti havalarda kondisionerin işləməsi üçün avtomobillərini işlək vəziyyətdə park edirlər. 

“Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir”.

Sözləri Metbuat.az-a açıqlaması zamanı nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir:

“Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyan, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə “mühərriki işləyən avtomobilin qapılarını bayırdan kilidləmək” funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur.

Ekoloji ziyan da göz qabağındadır

Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə, ətrafdakılar tədricən zəhərlənir, avtomobilin içində olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar baş verir”.

Avtomobillərdə ən qeyri-adi təkər diskləri – oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR