Açılış sözü ilə çıxış edən Ç.Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları İslamiadada fantastik nəticələr göstəriblər. O, təşkilati işlərdə fotoqrafların rolunu xüsusi ilə qeyd edib: “Əlli dörd fotoqrafın işi daim yaddaşlarda, arxivlərdə qalacaq. Sərgi iştirakçılarını təbrik edirəm”.
Daha sonra fotoqrafiyanın inkişafına verdiyi dəstəyə görə A.Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.
Həmçinin İslamiadanın işıqlandırılmasında xidmətlərinə görə 54 fotoqraf müxtəlif nominasiyalar üzrə təltif olunublar. Mükafatçılar sırasında “Report” İnformasiya Agentliyinin fotoqrafları - Elşən Babayev və Firudin Səlimov da var.
Mükafatları A.Rəhimov, Ç.Hüseynzadə və X.İsayev təqdim ediblər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçirilib.

