"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda 28-ci qələbəsini qazanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 45 yaşlı mütəxəssis buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Samtredia" üzərində 5:0 hesablı qələbə ilə nail olub.
Bu, həm də Qurbanovun avrokuboklarda 65-ci matçı olub. Onun komandası həm də əvvəlki görüşlərin 19-da uduzub, 18-də heç-heçə edib.
Qeyd edək ki, Qurban Qurbanov avrokuboklarda 2007-ci ildə "Neftçi"nin sükanı arxasında Avstriyada "Rid"ə qarşı matçda debüt edib - 1:3. O, "ağ-qaralar"lı 2 dəfə beynəlxalq oyuna çıxarıb. Qalan qarşılaşmalar isə Qurbanovun "Qarabağ"a rəhbərliyi dövründə baş tutub.
Milli.Az