Sinif yoldaşı şəhid olan azərbaycanlı qızın

Azərbaycanlı qızın sosial şəbəkələrdə yayılan məktubu hər kəsi kövrəldib.

Metbuat.az xəbər verir ki, sinif yoldaşı aprel döyüşlərində şəhid olan qız Azərbaycan Silahlı Qüvvələri sayəsində rahat yaşadığımızı deyib:

"Salam əsgər qardaşım! Mən burda rahat yatanda sən şirin yuxundan məhrum olursan, mən burda rahat gəzəndə sən düşmənlə üzbəüz, hər an həyatın təhlükədə olursan. Haqqını halal et. Mənim sinif yoldaşım aprel ayında şəhid oldu. Ondan sonra siz əsgər qardaşlarıma həmişə məktub yazıb, təsəlli tapmaq istəmişəm. Ümid edirəm ki, orda hər birşey sənin kimi igidlərin sayəsində qaydasındadır. Özünü qoru. İnşallah sağ-salamat evinə dönüb, sevdiklərinə qovuşarsan. Allaha əmanət ol Azərbaycan əsgəri!"

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR