Lazer epilyasiya xərçəng yaradır?

Lazer epilyasiyanın xərçəngə səbəb olduğu deyilir.

Metbuat.az xəbər verir ki, arzuolunmaz tüklərlə mübarizədə ən çox istifadə olunan üsullardan biri də lazer epilyasiyadır. Dünyada məşhur olan bu prosedur zamanı lazer cihazlardan yayılan ultrabənövşəyi şüalar tüklərin olduğu bölgəyə tətbiq edilir və köklərə işləyir. Köklərin təsirsiz halda qalmasını təmin edən bu üsul haqqında mütəxəssislər bir çox açıqlamalar verib.Əgər siz də bu proseduru tətbiq etmək istəyirsinizsə, gigiyenik qaydalara riayyət edilən və mütəxəssislər tərəfindən icra olunan mərkəzləri seçin. Bəzi insanlar lazer epilyasiyanın xərçəngə yol açdığını desə də, bunu təsdiq edən sübut yoxdur. Dəriyə göndərilən lazer şüalar normadan artıq olarsa, dərinin alt təbəqələrinə enərək dəri xəstəliklərinə, ya da dəri sallanmalarına səbəb ola bilər. Qeyd etdiyimiz kimi hələ ki, mütəxəssislər lazer ilə xərçəng arasında əlaqənin olduğuna dair heç bir sübuta rast gəlməyib.

Aysel Yaqubqızı / Metbuat.az

Xərçəngin qarşısını alır, vitamin yaradır... - ARAŞDIRMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR