Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Latviya prezidentinə təşəkkür edib

Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Latviya prezidentinə təşəkkür edib
16:27 17 İyul 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ "Azərbaycanla Latviya arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli məsələlər əksini tapıb".
"Report" xəbər verir ki, bunu iyulun 17-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonislə birgə mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
"Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.
Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.
Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik", deyə Azərbaycan Prezidenti vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR