Dağ xəstəliyini yaradan əsas səbəblər

Dağ xəstəliyini yaradan əsas səbəblər
21:47 17 İyul 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtonəqliyyat və ya kanat yolu ilə havası seyrək olan yüksək dağlıq ərazilərə qalxanda yaranan patoloji hal dağ xəstəliyi adlanır. Əsasən alpinist və geoloqlar arasında yayılan həmin xəstəlik yay fəslində istirahət etmək üçün aran yerlərindən yüksək dağlıq rayonlara üz tutanlarda da müşahidə edilir.

Milli.Az bildirir ki, bu xəstəlik barədə AZƏRTAC-ın müxbirinə ətraflı məlumat verən C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: "Yüksəkliyin orqanizmə təsiri XIX əsrin ikinci yarısından ətraflı öyrənilməyə başlanılıb. Müəyyən edilib ki, dağ xəstəliyinin yaranmasında əsas etioloji faktor hündürlüyə qalxdıqca havada oksigenin parsial təzyiqinin azalmasıdır. Rütubətin və temperaturun aşağı olması, yüksək ultrabənövşəyi şüalanma xəstəliyin inkişafına təkan verir. Toxumaların oksigen tələbatının zəifləməsi oksidləşmə proseslərinin və ümumilikdə metobolizmin ləngiməsi ilə nəticələnir. Son tədqiqatlar həmin faktorun xəstəliyin inkişafında daha çox rol oynadığını göstərir. Xəstəliyin ilkin mərhələsində zəif hipoksiya orqanizmin bəzi fizioloji müdafiə mexanizmlərini işə salır. Tənəffüsün sürətlənməsi və dərinləşməsi kompensator reaksiya olsa da, qanda karbon qazının miqdarını azaldır və vəziyyəti bir qədər də ağırlaşdırır. Karbon qazının parsial təzyiqinin düşməsi turşu-qələvi balansının pozulmasına və qanda mübadilənin tam oksidləşməmiş aralıq məhsullarının toplanmasına səbəb olur".

Dağ xəstəliyi barədə ətraflı məlumat verən həkim daha sonra deyib: "Xəstəliyin klinik şəklinin ağırlığı patogenetik amillərlə bərabər xəstənin yaşı, yanaşı xəstəliklər, aclıq və yorğunluq dərəcəsindən də asılıdır. Həmin faktorların təsiri zamanı artıq 2500 metr yüksəklikdə də dağ xəstəliyinin əlamətləri inkişaf edə bilər. Xüsusilə ürək xəstəliyi olanlarda, yaşlılarda və uşaqlarda çevik uyğunlaşma baş verməməsi nəticəsində dağ xəstəliyi yaranır. Əvvəllər texnikadan indiki kimi geniş istifadə edilmədiyi vaxtlarda dağ rayonlarına araba ilə və yaxud piyada qalxanda köç bir neçə günə gedər və tədricən uyğunlaşma baş verərdi. Müasir dövrdə sürətli minik avtomobili ilə bir-iki saata dağa qalxanda iqlim fərqi və hava sıxlığının dəyişməsi nəticəsində təzyiqin qalxması, stenokardiya və hətta miokard infarktı, insult kimi hallara səbəb olması mümkündür. Xəstəliyin simtomların birdən-birə inkişaf edə və ya az əhəmiyyətli dəyişikliklərlə başlaya bilər. Xüsusilə ürək xəstəlikləri olanların həkimlə əvvəlcədən razılaşmaları məsləhətdir.

Yüksəklik artdıqca yüngül baş gicəllənməsi, apatiya və yorğunluq əlamətləri, ümumi zəiflik, üşütmə, xüsusən alın nahiyəsində güclü baş ağrısı və qusma ilə ağırlaşır. Xəstənin yuxusu narahat olur, iştahası tamamilə itir, dəri örtüyündə sianoz - göyərmə yaranır, psixikada dəyişikliklər üzrə çıxır. Xəstələrin bəzilərində yuxululuq və laqeydlik, bəzilərində isə oyanıqlıq və eyforiya inkişaf edir. Ağır hallarda həmin əlamətlərin ardınca huşun itməsi baş verir. Bəzi hallarda ağrı və taktil hissiyatın zəifləməsi və paresteziyalar müşahidə olunur, görmə, qoxu, 5 min metrdən yüksəkdə isə eşitmə zəifləyir. Ürək döyüntülərinin sayı və arterial təzyiq kəskin artır, lakin uzun müddət yüksək dağ şəraitində yaşayanlarda hipotenziya inkişaf edir. Tədqiqatlar göstərir ki, yüksəklikdə yaranan iştahanın zəfləməsi, ürəkbulanma, qusma və ishal əlamətləri mədə turşuluğunun kəskin azalması və mədə-bağırsaq sisteminin selikli qişasının hipoksiyası ilə əlaqədardır və dərman müalicəsinə tabe olmur".

Kardioloq xəstəliyin qarşısının alınması yollarını da söyləyib: "İki ay müddətində 2 min metr hündürlüyə qalxmaq, həmin müddətdə iki dəfə fasilə vermək lazımdır. Oksigenin parsial təzyiqinin aşağı göstəricilərinə daha tez uyğunlaşmaq üçün qidalanma və su-duz rejiminin düzgün olması vacib məsələdir. Xüsusilə gün ərzində 3 litrə qədər mayenin qəbulu oksidləşməmiş məhsulların orqanizmdən daha tez yuyulmasına şərait yaratdığı üçün müsbət nəticə verir. Daha bir profilaktik tədbir oksigenlə kasad qaz qarışıqlarının udulması və ultrabənövşəyi şüalanmadır.

Dağ xəstəliyinin başlanğıc mərhələsində baş ağrısı, təngnəfəslik, ürəkdöyünmə və yorğunluq yarananda ilk yardım tədbiri xəstəni isitmək və ona isti mayelər içirməkdir. İsti maye və şərbətlər oksidləşmə prosesini sürətləndirir, antioksidant təsir göstərərək hüceyrə zədələnməsini minimuma endirir. Görülən tədbirlər fayda verməyəndə xəstəni yüksəklikdən aşağı endirmək və həmin şəraitdə düzgün qidalanma və maye rejimini gözləmək lazımdır. Mayeləri az-az və qısa fasilələrlə qəbul etmək daha yaxşıdır. Qəbul edilən qidanın enerji dəyəri isə 5 min kilokaloridən az olmamalıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57