Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri iyulun 18-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola saldılar.

Milli.Az