Qurban bayramı: İki gün iş olmayacaq

Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: “Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür. //Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR