Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, qəbul saat 10:00-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar, 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (Telefon: (018) 654-42-23, (055) 235-01-81) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin internet səhifəsində "Facebook" sosial şəbəkəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.