Novxanı çimərliyində gənc qadını döydülər

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib.

Metbuat.az məlumat verir ki, Novxanı çimərliyində istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb. 

Qadın bildirib ki, həmin şəxs onu başqa insanların gözü qarşısında xuliqanlıq zəminində döyüb. 

C.Rzayevanın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır. // Lent.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR