Aktyor Aygünlə Röyanı barışdırmaq istəyir

Tanınmış aktyor Allahverdi Yolçuyev uzun müddətdir küsülü olan Aygün Kazımova və Röya Ayxanı barışdırmaq istəyir. 

Metbuat.az xəbər verir ki, aktyor bu haqda “ATV maqazin onlarla” verilişində danışıb:

“Mən hər iki gözəl müğənnimizlə dostam. Həm Aygün, həm Röya mənə yaxın insanlardır. Məmnuniyyətlə, ikisini də barışdırardım. Mənim sözümə baxarlar. Aygün xanım mənə "Alı kişi" deyir. İkisinin də mənə hörməti var. İki küsülü insanı barışdırmaqdan gözəl heç nə yoxdur. Bu dünya fanidir, parıltılar müvəqqətidir.

Şou-biznes nümayəndələrində kalsium, sinq çatışmır. Onlar vaxtında bu vitaminlərlə təmin olsalar, dava, özünü tərifləmək yox olar. Bir-birilərini bizləyə-bizləyə gedirlər".

İNTİHAR: Aysel Əlizadə özünü və qızını öldürmək istəyir - FOTOLAR -Oxumaq üçün tıkla. 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR