Türkiyə ABŞ-ın məxfi hərbi məlumatlarını açıqladı -

Türkiyənin ABŞ-ın məxfi hərbi məlumatlarını açıqlamasının səbəbləri dünya mediasının diqqətini cəlb edib.

Metbuat.az "The Daily Mail" qəzetinə istinadən xəbər verir ki, Türkiyə dövlət xəbər agentliyinin ABŞ-ın Suriyadakı hərbi postlarının yeri barədə məlumatları dərc etməsi Amerika qüvvələrini təhlükə altında qoyur.

ABŞ bununla əlaqədar Türkiyə hökumətinə rəsmi şikayətini bildirib.

Qeyd edək ki, “Anadolu” xəbər agentliyi Suriyadakı 10-dək ABŞ hərbi məntəqələrinin yeri barədə məlumatları dərc edib. Bu məlumatlarda hətta bazadakı əsgərlərin sayı da göstərilib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR