Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

Əfqanıstanda "Taliban" terror qruplaşmasının azı 34 "Taliban" üzvü məhv edilib, 30-u isə yaralanıb.

Metbuat.az-ın məlumatına görə, Əfqanıstanın Kandaqar əyalətində təhlükəsizlik qüvvələri və "Taliban" üzvləri arasında baş verən toqquşmada 15 "Taliban" üzvü öldürülüb, 20-si isə yaralanıb. Bundan əlavə, 4 polis həlak olub, 6-sı isə yaralanıb. 

Məlumata əsasən, Mayvand rayonunda isə toqquşma nəticəsində "Taliban"ın yerli komandirlərindən biri daxil olmaqla 6 üzvü məhv edilib. 

Bundan əlavə, Əfqanıstan HHQ-nin Xan Abad rayonunda "Taliban"a endirdiyi hava zərbəsi nəticəsində qruplaşmanın 13 üzvü məhv edilib, 3-ü yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR