Futbolda yeni sistem tətbiq ediləcək

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.
 Metbuat.az
-ın məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.
 Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.
 Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.

Avqust ayına olan hava proqnozu -Kəskin istilər-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR