2024-ün ev sahibi müəyyənləşdi

2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə keçirilməsi demək olar ki, dəqiqləşib.

Metbuat.az-ın məlumatına görə, buna səbəb sona qalan iki namizəd şəhərdən digərinin – Los Ancelesin müraciəti olub.
 Bu barədə BOK prezidenti Tomas Bax da açıqlama verib. O, bildirib ki, Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Belə olan halda isə ev sahibliyi üçün sadəcə bir namizəd – Paris qalıb.
 Maraqlıdır ki, BOK-un bir sıra rəsmiləri bu qərara etiraz etsələr də, sonda Baxın istədiyi olub. Xüsusilə də, vitse-prezidenti Uğur Erdener başda olmaqla, bəzi BOK üzvləri bu ideya ilə razılaşmırdılar. Onların fikrincə, təşkilatçının 11 il əvvəl seçilməsi mümkün deyil. Bu həm də 2024-cü il deyil, 2028-ci ilə namizədliyini verməyi planlaşdırılanların haqqının yeyilməsi deməkdi.
 Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmi elan olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR