Çin dünyanı səssizcə işğal edir

Çin-Rusiya münasibətlərinin təməlini iqtisadi əlaqələr təşkil edir.

Metbuat.az bildirir ki, iki dövlət arasında imzalanan müqaviləyə əsasən, Rusiya 2017-2047-ci illərdə Çinə hər il 38 milyard kub.m qaz satacaq. Lakin iki ölkə arasındakı ticarətdə kəskin disbalans var. Çünki iqtisadi əlaqələr əsasən neft, qaz və silah satışı ilə məhdudlaşır.

Əvvəlki kimi Rusiyanın başlıca ticarət tərəfdaşı Avropa İttifaqı, Çinin isə (Honqkonq nəzərə alınmasa) ABŞ-dır. Rusiyanın ticarət tərəfdaşları arasında Çin 2-ci yerdə olsa da, Rusiya Çinin siyahısında 8-ci yeri tutur və xarici ticarət dövriyyəsinin cəmi 2%-ni təşkil edir. Başqa sözlə, Çin Amerika bazarından, Rusiya isə Avropa bazarından imtina edə bilmir.

“Çin və Rusiya əbədi və əzəli rəqiblərdir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Rusiyanın Çinə dəstək verdiyini düşünənlər yanılır. Çinin iqtisadi və insan resursları baxımından potensialı imkan verir ki, Rusiyanı regionda öz yedəyincə aparsın. Rusiya hətta özünü Çinin təzyiqindən qorumaq üçün manevrlər edir. Rusiyanın aparıcı ekspertləri belə etiraf edir ki, Şanxay Əməkdaşlıq Təşkilatı Çinin layihəsidir. Bu təşkilat Çinə Orta Asiyaya nüfuz etməyə imkan yaradır. Çin ABŞ üçün həm iqtisadi, həm də hərbi baxımdan böyük bir təhlükədir. Müəyyən zamandan sonra “Şahmat taxtası”nda yeni üçbucaqların, geosiyasi konstruksiyaların reallaşacağının şahidi olacağıq. Rusiya faktiki olaraq Çinin mövqeyini müdafiə etsə də, hər iki ölkənin fərqli maraqları var. Bu, “Hesablanmış çərçivədə əməkdaşlıq oyunu”dur. Çin və Rusiya geosiyasi baxımdan bir-birinə əzəli və əbədi düşmən çevrələrdir. Onların ən azından manevr etmə imkanı baxımından yalnız taktiki yaxınlaşmaları var”.

Türkiyə Şimali Koreyanı qınadı - "Bütün tələbləri pozurlar və..."-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR