Vaşinqtondan PYD-yə növbəti dəstək

Amerika Birləşmiş Ştatları Suriyadakı PYD terrorçularına növbəti dəfə hərbi yardım göndərib.

Metbuat.az-ın məlumatına görə, ötən gecə silah dolu 100 yük maşını İraq sərhədini keçərək terrorçuların nəzarətindəki Haseke şəhərinə daxil olub. Qeyd edək ki, son iki ay ərzində Vaşinqton PYD-yə zirehli texnika və silah dolu 800 yük maşını göndərib.

Pentaqon bəyan edib ki, terrorçulara dəstək bundan sonra da davam edəcək. Amerikalı rəsmilər həmin silahların İŞİD terrorçularına qarşı istifadə olunduğunu iddia edir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR