Bakıda kütləvi dava

Bakıda kütləvi dava olub.

Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun “20 Yanvar” stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır. //Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR