Əfqanıstandakı partlayış zamanı ölənlərin sayı 55-i ötdü

Əfqanıstanın Herat şəhərindəki məsciddə törədilən terror aktı zamanı azı 55 nəfər həyatını itirib, 64-ü yaralanıb.

Metbuat.az-ın məlumatına görə, onlardan bir çoxunun vəziyyəti ağır olduğundan tələfat sayının artacağı istisna edilmir. Bildirilir ki, əvvəlcə kamikadze üzərindəki partlayıcı qurğunu məsçidin girişində işə salıb. Ardınca digər terrorçu içəri girərək atəş açıb.

Polislər növbəti terror təhlükəsinə qarşı ərazini mühasirəyə alıb. Qanlı hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İŞİD terror təşkilatı tərəfindən törədildiyi güman edilir. 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR