Play Store

Dünyanı dəhşətli nüvə müharibəsi gözləyir - SƏRT AÇIQLAMA

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bildirib ki, ölkəsi Şimali Koreyaya qarşı güc tətbiq edə bilər. O bildirib ki, Pxenyan qitələrarası ballistik raket proqramının inkişafını davam etdirsə, müharibə qaçılmaz olacaq:

"Şimali Koreyanı dayandırmaq üçün müharibə baş verəcəksə, bu, onların ölkəsində olacaq. Münaqişə üzündən minlərlə insan öləcəksə, onların ölkəsində öləcək".

“Yeganə çıxış yolu danışıqlardır”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəzirov deyib.

“Dünya "Soyuq müharibə" dövründə olduğundan da təhlükəli vəziyyətdədir. "Soyuq müharibə" dövründə ABŞ-la SSRİ arasında təhlükəsizliyin təminatı ilə bağlı beynəlxalq səviyyədə imzalanmış müəyyən sənədlər mövcud idi. Həmin sənədlər qlobal nüvə müharibəsinin baş verməsinin qarşısını alırdı. Nüvə müharibəsinin baş verməməsi üçün hüquqi baza var idi. Lakin hazırda adi təsadüflər belə müharibələrə gətirib çıxara bilər. Təhlükənin mövcudluğunu hiss etməməyin özü ən böyük təhlükədir. Məsələyə bu məntiqlə yanaşdıqda ABŞ-Şimali Koreya müharibəsi olduqca təhlükəli bir proses kimi diqqəti cəlb edir. İki ölkə arasındakı proses inkişaf edən xətt üzrə davam edir. Şimali Koreya "Nüvə klubu"nun rəsmi üzvü olmasa belə, nüvə silahına malik olan dövlətdir. Qarşıdurmanı yalnız diplomatik yolla aradan qaldırmaq olar. Əks təqdirdə iki nüvə dövlətinin müharibəsi regional və beynəlxalq təhlükəsizliyə çox ciddi təhdid ola bilər. Baş verə biləcək nüvə müharibəsi təkcə Şimali Koreya üçün fəlakətə çevrilməyəcək, region və regiondan kənar ərazilər üçün böyük fəlakət olacaq. Nüvə müharibəsi yeni “Çernobl qəzası”na çevrilə bilər”.

"Şimali Koreyada minlərlə insan öləcək" Tramp Pxenyanı hədələdi-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR