Ceyranbatanda ağır qəza

Abşeronda dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, ailənin faciəsinə çevrilən hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Tərəvəz daşıyan “Qazel” markalı avtomobil “MAN” markalı, qoşqulu yük avtomobilinə arxadan çırpılıb. Nəticədə “Qazel”in sürücüsü 43 yaşlı Etibar İsmixanov və sərnişini olan oğlu 20 yaşlı Araz İsmixanov həyatını itirib. 

“Qazel” zərbədən sonra deformasiyaya uğradığından həlak olanların meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən maşından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlıaraşdırma araşdırılır.


Yataq otağından səs eşitdi, qapını açdı və... - FOTO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR