4 köşk və 2 şəxsi mağaza

Bu video görüntülər 23 iyul 2017-ci il tarixində Xaçmaz şəhəri, 20 yanvar küçəsində baş verən yanğın zamanı qeydə alınıb.  

Mətbuat.az xəbər verir ki, videonu Fuad Həbibov adlı şəxs “Facebook”da öz şəxsi istifadəçi hesabında paylaşıb. Mətnin bir hissəsini sizə olduğu kimi təqdim edirik.

“Yanğına səbəb Xaçmaz RİH Şəmsəddin Xanbabayevin xüsusi himayəsi altında Xaçmaz Bələdiyyəsinin 20 yanvar küçəsinin ortasında qanunsuz olaraq, heç bir sanitar və yanğın təhlükəsizliyi normalarına cavab verməyən köşklər olmuşdur. Yanğın nəticəsində 4 köşk və 2 şəxsi mağaza tamamilə yanmış, vətəndaşlara müxtəlif dərəcəli maddi ziyan dəymişdir. Üstündən 10 gündən artıq müddət keçməsinə baxmayaraq, hadisəyə görə heç kəs məsul tutulmamış, öz növbəsində Xaçmaz Bələdiyyəsi qanunsuz köşklərin bərpası ilə məşğuldur”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR