“İranın dini liderləri Ermənistanı işğalçı dövlət kimi tanıyır”

İran prezidenti Həsən Ruhani Ermənistan prezidenti Serj Sarkisyana ölkələrarası iqtisadi əlaqələrin daha da artırılması niyyətində olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Tehranda baş tutan görüş zamanı H.Ruhani İran və Ermənistan arasındakı mədəni və tarixi bağlardan danışaraq, iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

Ermənistan-İran əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sarkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib.

“İranın dini liderləri Ermənistanı işğalçı dövlət kimi tanıyır”. 

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov bildirib

“İranda daim türk tayfaları ilə farsdilli qruplar arasında siyasi hakimiyyət uğrunda mübarizə gedib. İran siyasi elitasında türk elitası da təmsil olunub. Pişəvəri hakimiyyət illərində İranda türk və fars siyasi elitasının balanslaşdırılmış siyasəti hakim idi. İran dini liderlərinin əksəriyyəti (Ayətullah Haşimi Rəfsəncani, Hüseyn Əli Müntəziri) türk əsilli ictimai nüfuza malik siyasi xadimlər olub. Hazırda İranın siyasi elitasında farsdilli xadimlər, dini iyerarxiyada isə türk əsilli, türk siyasi şüurun təmsilçiləri əsas yer tutur.  

Açıqlamalar görüntü xarakteri daşıyır

İqtisadi münasibətlərin genişləndirilməsi haqda açıqlamalar görüntü xatirinə hesablanıb, mesaj xarakteri daşıyır. Ermənistanın bütün strateji müəssisələri faktiki olaraq Rusiya şirkətlərinin əlindədir. İran öz maraqları naminə ABŞ və Avropa ölkələrindəki erməni lobbisindən istifadə edə bilər. Ermənistanın İran üçün praktiki mənfəəti yalnız bundan ibarət ola bilər”.

Hava daha 3 gün isti olacaq - AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR