İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, səfir X.Xələfovla İndoneziyanın Azərbaycanda müxtəlif tədbirlər təşkil etməsi, o cümlədən sentyabr ayında Bakıda baş tutacaq İndoneziya Mədəniyyət Festivalının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.