RƏSMİ AÇIQLAMA: Bayraq Meydanında nə baş verir?

Bir neçə gündür ki, Dövlət Bayrağı Meydanında bayraq dirəyinin götürülməsi ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin hündürlüyü 162 m (dəniz səviyyəsindən 192 m), dirəyin çəkisi 220 tondur. Bayrağın uzunluğu 70 m, eni 35 m, çəkisi isə 220 kq-dır.

“Dövlət Bayrağı Meydanında aparılan işlər texniki baxış xarakteri daşıyır”.

Bunu Metbuat.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib.

“Dövlət Bayrağı Meydanında bayraq dirəyinin ətrafında aparılan işlər texniki baxış məqsədilə həyata keçirilir. Ümumiyyətlə, biz hər il bir neçə dəfə texniki baxış aparırıq. Lakin bu dəfəki baxış əsaslı texniki baxışdır. Səbəb ondan ibarətdir ki, Dövlət Bayrağı Meydanı 7 ilə yaxın bir müddətdir ki, istifadəyə verilib. Təlimata uyğun olaraq uzun illər keçdikdən sonra əsaslı texniki baxış aparılmalıdır. Qurğu texnoloji cəhətdən çox mürəkkəbdir. Həmin dirəyin mütəmadi olaraq dayanıqlığı yoxlanılır. Hazırda görülən işlər hazırlıq işləridir. Yəni, kran quraşdırılıb, təhlükəsizlik işləri aparılır, dirəyin müəyyən hissəsi artıq çıxarılıb. Məqsəd illər ərzində dirəkdə gedən proseslərə baxıb qiymətləndirməkdir. Əvvəlcədən orda olan proseslər haqda nəsə demək olmur. Yoxlanışdan sonra hər şey bəlli olacaq. Metal konstruksiyalar illər ərzində istifadədən sonra karroziyaya uğraya bilər. İşlərin nə qədər çəkəcəyini əvvəlcədən proqnoz vermək olmaz. Yoxlanış vaxtı məlum olsa ki, hər şey normaldır, proses tez tamamlana bilər. Əgər zamana ehtiyac olarsa, texniki işlərin bitmə vaxtını dəqiq demək mümkün deyil”. 

FOTOLAR: Yerə yatırdı, gülə-gülə başını kəsdi - İŞİD vəhşiliyi...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR