Nigeriyada "Boko Haram" dini qruplaşması ölkənin şimal-şərqində yerləşən Baqa şəhərinə ikinci dəfə hücuma keçib.
ANS PRESS-in verdiyi xəbərə görə, Nigeriyanın hakimiyyət nümayəndəsi BBC-yə bildirib ki, döyüşçülər ötən gün hərbi bazasını tutduqdan sonra şəhəri tamamilə yandırıblar.
Şahidlərin sözlərinə görə, şəhərin küçələri cəsədlərlə doludur, öldürülənlərin sayı 2 minə çatıb.
"Boko Haram" qruplaşması mülki əhaliyə qarşı ekstremal qəddarlıqla fərqlənir. Nigeriyanın şimalında və ona sərhəddə yerləşən Kamerun və Çadda islam xəlifəsinin yaradılması üçün mübarizə aparır.