"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı

“Barselona” braziliyalı futbolçu Filippe Koutinyo üçün “Liverpul”a ikinci dəfə təklif göndərib.

Metbuat.az-ın məlumatına görə, İngiltərə klubu bu dəfə də “Barsa”nın təklifini rədd edib. 

Bilidirilir ki, "Barselona" Koutinyo üçün 85 milyon avro təklif edib. Ancaq ingilislər yarımmüdafiəçini satmaq istəməyib. 

Qeyd edək ki, daha əvvəl Kataloniya klubunun Koutinyo ilə razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.// QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR