"Əhəd Abıyev sağ-salamat iş yerindədir" - ÖZƏL AÇIQLAMA

Daşkəsən Rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlərin yaranması haqda məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparıldığı deyilir.

Daşkəsən rayonu İcra Hakimiyyətindən Metbuat.az-a verilən açıqlamada Əhəd Abıyevin iş başında olduğu bildirilib:

“Yayılanlar həmişəki kimi yalan məlumatlardır. Almaniyada olması və səhhətində problemlərin yaranması şayiələrdir. Əhəd müəllimin vəziyyəti çox şükr, yaxşıdır. Hazırda əraziyə çıxıb, bir azdan işdə olacaq”.

Xarici ölkədə vəfat edən azərbaycanlı ölkəyə necə gətirilir? - QAYDALAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR