Xarici ölkədə vəfat edən azərbaycanlı ölkəyə necə gətirilir? - QAYDALAR

Xarici ölkələrdə vəfat edən azərbaycanlıların cənazəsinin ölkəyə gətirilməsi xüsusi prosedur tələb edir.

Metbuat.az xəbər verir ki, prosedurla bağlı göstəricilər haqda məlumatsızlıq isə cənazənin ölkəyə buraxılmasında ciddi problemlərə yol açır.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Metbuat.az-a verilən açıqlamada xarici ölkələrdə vəfat edən azərbaycanlıların cənazəsinin ölkəyə buraxılması üçün tələb olunan rəsmiləşdirilmə qaydası açıqlanıb:

“Ölüm haqqında şəhadətnamə və mərhumun xarici pasportu vasitəsilə rəsmiləşdirib cənazəni ölkəyə buraxırıq. Ölüm haqqında şəhadətnamə hökmən olmalıdır. 16 yaşdan aşağı vəfat etmiş uşaqların da cənazəsinin ölkəyə buraxılmasını ölüm haqqında şəhadətnamə ilə rəsmiləşdiririk. İstər avtomobil yolu ilə, istərsə də hava xətti ilə, fərqi yoxdur. Tələb olunan vəsaitin miqdarı haqda isə nəsə deyə bilmərik”.

Azərbaycanda evlənmək üçün polisə - MÜRACİƏT EDİLDİ-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR