Azərbaycanda evlənmək üçün polisə - MÜRACİƏT EDİLDİ

Sosial şəbəkələrdə Azərbaycan polisinin autizmli uşağa yardımı haqda məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, hadisənin Binəqədi Rayonundakə polis şöbələrindən birində qeydə alındığı bildirilir. Belə ki, itən autizmli uşağı taparaq şöbəyə gətirən polis əməkdaşları ona yeni geyim alıblar. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən DİN-in mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İlham Babayev yayılan məlumata aydınlıq gətirib:

“Binəqədi Rayon Polis İdarəsi ilə əlaqə saxladım. Dediyiniz hadisə öz təsdiqini tapmadı. Lakin qeyd etmək istərdim ki, bənzər hallar tez-tez baş verir. Polislərin elə xeyirxah missiyaları çox olub. Bu yaxınlarda İsmayıllı rayonunda 25 yaşlı turistə dağlarda çoban itləri hücum etmişdi. Onun köməyinə isə polislər yetişmişdi. Orada xidmət aparan gənc əməkdaşlar turisti köpək sürüsünün əlindən xilas edərək, xəstəxanaya yerləşdirmişdilər. Turist sağalandan sonra onu Azərbaycan mətbəxinə də qonaq etmişdilər. Polşalı turist sosial şəbəkələrdə Azərbaycan polisinə minnətdarlığını bildirmişdi. İmkansız ailələrə, şəhid ailələrinə mütəmadi yardımlar edilir. Hətta bizə müraciət edənlər arasında övladlarının xeyir işini keçirmək istəyənlər də var”.

Azərbaycanda üç məşhur xanım vəfat etdi - Son 2 ayda... / FOTOLAR-Baxmaq və oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR