Bakı. 12 avqust. REPORT.AZ/ Keniyada prezident seçkilərindən sonra paytaxt Nayrobidə və Kisumu şəhərində etirazlar başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi şahidlərə istinadən məlumat yayıb.
"Mən indicə gördüm ki, yük maşını və maşını necə daşa basdılar. Yollarda daş atırlar. Kiberdə (Nayrobinin rayonu) yoxsullar məhəlləsində isə güllə səsləri eşidilir", - deyə agentlik şahidin sözlərini sitat gətirib.
Ölkənin Seçki Komissiyasının nəticələrinə görə, dövlət başçısının səlahiyyətlərini icra edən Uxur Keniata prezident seçkilərində 54,27 faiz səs toplayıb. Onun rəqibi, ölkənin keçmiş baş naziri Rail Odinqa isə səslərin 44,74 faizini toplayıb.
Bu mənada Uxur Keniata ikinci dəfə 5 illik müddətinə ölkənin prezidenti seçilib.