ABŞ və Şimali Koreya münasibətlərinin gərginləşməsi fonunda Rusiya təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Metbuat.az xəbər verir ki, Rusiya havadan müdafiə sistemi raketin atıla biləcəyi istiqamətlərdə qabaqlayıcı tədbirlərə start verib. Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov Şimali Koreyanın son raket sınağından sonra bölgədəki vəziyyətin gərginləşməsi səbəbilə ölkənin Uzaq Şərq bölgəsində havadan müdafiə əməliyyatlarına başladığını bəyan edi:

“Şimali Koreya ətrafında baş verənlər bizi torpaqlarımızı qorumaq üçün səfərbərliyə cəlb edir. Uzaq Şərqdəki hava müdafiə sistemi gücləndirilmiş vəziyyətdədir. Raketlərin atıla biləcəyi əraziləri nəzarətdə saxlayırıq”.

"Əhəd Abıyev sağ-salamat iş yerindədir" - ÖZƏL AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az