Yəmənin Şəbvə vilayətində vertolyot qəzası baş verib.
Metbuat.az xəbər verir ki, BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) məxsus hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Qəzanın texniki nasazlıq səbəbilə baş verdiyi bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya Yəmən şiələrini təmsil edən “Ənsarullah Hərəkatı”na (Husilər) qarşı mübarizə məqsədilə 2015-ci ilin 26 martında “Dayanıqlılıq Fırtınası” adlı hava əməliyyatına başlayıb.
| III Dünya müharibəsi addım-addım yaxınlaşır... - Rusiyadan həmlə-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az