Tramp məzuniyyətdən yarımçıq qayıtdı

ABŞ-ın kommunikasiya işləri üzrə keçmiş direktoru Entoni Skaramuççi diqqətçəkən iddialar səsləndirib.

Metbuat.az-ın məlumatına görə, o iddia edib ki, "Ağ ev"dəki rəsmilərin əksəriyyəti prezident Donald Trampa qarşıdır. "Bəzi işçilər Trampın postundan getməsini istəyir: “Prezidentin ətrafındakı insanların əksəriyyəti ona sadiq deyil.

Keçmiş direktor "Ağ ev" rəhbərinə qarşı çıxan rəsmilərin adlarını açıqlamaqdan imtina edib. Qeyd edək ki, Skaramuççi vəzifəyə təyin ediləndən cəmi 10 gün sonra Tramp onu işdən kənarlaşdırıb. Bildirilir ki, sabiq direktor "Ağ ev"dəki rəsmilərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə işdən qovulub.

“Tramp kadr təyinatlarında kobud səhvlərə yol verib, özünə nifrət qazanıb”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib.

“Tramp özünə komanda formalaşdıra bilmir. O öz sərəncamı ilə ABŞ-ın kommunikasiya işləri üzrə təyin etdiyi Entoni Skaramuççini cəmi 10 gündən sonra istefaya göndərdi. Bu isə onun göstəricisidir ki, Trampın siyasətə, kollektivə münasibəti necədirsə, kadr təyinatına da münasibəti eynidir. O, bir neçə müşaviri işdən çıxarıb, Dövlət Departamentində ixtisarlar aparıb. Belə olan təqdirdə əlbəttə ki, aparatda fəaliyyət göstərənlər Trampı sevə bilməz. Dünən axşam Tramp məzuniyyətini yarımçıq qoyub işə qayıtdı. Çünki, bundan öncə məlumatlar yayılmışdı ki, o, istefaya göndərilə bilər. Yəni, Ağ ev Trampın istefasını hazırlayır. Tramp artıq başa düşür ki, komanda formalaşdıra bilmir, ətrafının ondan narazı olması haqda məlumata malikdir. Son zamanlar ABŞ dövlət katibi Reks Tillersonla Tramp arasında fikir ayrılıqları ilə bağlı məlumatlar da yayılıb”.

Dünyanın 7 möcüzəsindən biri - İSGƏNDƏRİYYƏ MAYAKI-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR