Play Store

"Ağ ev" Trampla vidalaşa bilər - BUNLARI ETMƏSƏ...

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində prezident Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib.

Metbuat.az-ın məlumatına görə "Tramp Tauər" göydələnin qarşısına toplaşan yüzlərlə nümayişçi, dövlət başçısının istefasını tələb edib. Etirazçıların fikrincə Trampın fəaliyyəti insanların həyatına təhlükə törədir.

Aksiya iştirakçıları həmçinin Virciniya ştatında irqçilik əleyhinə yürüşlərin təşkil edilməsini pisləyib.

"Tramp ABŞ siyasi elitasını qıcıqlandırmaqla məşğuldur".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib.

“ABŞ siyasi elitası Trampı siyasətə yad adam hesab edir. Tramp onlar üçün bir növ qıcıqlandırıcı rolunda çıxış etdiyindən elita onu qəbul etmir. Hətta namizədi olduğu Respublika partiyası da Trampı qəbul etmir. Kadr konsepsiyasına malik olmayan Trampın davranışları qıcıq mənbəyidir. Ən doğru çıxış yolu davranışı dəyişməkdir. ABŞ-da impiçment kompaniyası başlasa, bu dünyada ağır fəsadlara yol aça bilər. Şimali Koreya ilə münasibətlər, Əfqanıstandakı hazırki vəziyyət Trampın səhv qərarlarının nəticəsidir”.

Türkiyə siyasi sistemində dəyişikliklər gözlənilir - ƏRDOĞANDAN AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR