İŞİD-in aqibəti necə olacaq?

İraq ordusu və koalisiya qüvvələri İŞİD terror təşkilatının nəzarətindəki Təlafər şəhərinə hava zərbələri endirib.

Metbuat.az-ın məlumatına görə, terrorçuların mövqeləri top atəşinə tutulub. Tələfat barədə məlumat verilmir. Ordu irimiqyaslı quru hücumuna keçmək üçün əmr gözləyir. Əməliyyatlara amerikalı hərbçilərin də qoşulacağı gözlənilir.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl hökumətin dəstəklədiyi yerli özünümüdafiə dəstələri Təlafər istiqamətində hücuma keçsə də, ciddi uğurlar əldə bilməyib. Şəhər 3 ildir ki, İŞİD-in nəzarətindədir.

“Strateji əhəmiyyətli mövqelərin azad olunması maraqlı tərəflərin istəyi ilə reallaşa bilər”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“İŞİD-in məhvi problemli məsələdir. Terrorçu təşkilat Hələb və Rəkka şəhərlərində əməliyyatları hələ də davam etdirir. İstər İraq, istərsə də Suriyada İŞİD-lə bağlı strateji məntəqələrin hamısında müxtəlif dövlətlərin maraqları var. İŞİD sadəcə terrorçu qruplaşma deyil. Onun əlində olan ərazilər zonalar üzrə maraqlı tərəflərin nəzarəti altındadır. İraqın baş naziri dəfələrlə bəyan etmişdi ki, İŞİD-in İraqdan çıxarılması bir neçə ay tələb edir. Lakin nəticə qaçqınların sayının artması ilə özünü göstərdi. Düşünürəm ki, həmin ərazilərdə maraqlı tərəflər öz mövqelərini tamamilə ortaya qoyduqdan sonra bitmiş əməliyyatdan danışmaq olar”.

Türkiyə siyasi sistemində dəyişikliklər gözlənilir - ƏRDOĞANDAN AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR