İran hər addımında Rusiyanı nəzərə alır

İran prezidenti Həsən Ruhani ABŞ-a xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, o bəyan edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları genişləndirərsə, İran nüvə sazişindən imtina edə bilər.

Ölkəsinə qarşı tətbiq edilən qadağaların əsassız olduğunu deyən Ruhani bildirib ki, prezident Donald Trampın addımları Vaşinqtonun yaxşı tərəfdaş olmadığını sübut edib.

“İran "Altıtərəfli saziş"ə Rusiyanı narahat etməmək şərtilə əməl edir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“2015-ci ildə imzalanan "Altıtərəfli saziş"ə əsasən İrana qarşı embarqonun hissə-hissə aradan qaldırılması nəzərdə tutulurdu. Xarici investorların İran iqtisadiyyatına yatıracağı sərmayələrlə bağlı qadağalar da aradan qaldırılırdı. “Altılıq sazişi”ndən sonra Almaniyadan biznes qurumlarının nümayəndələri (“Mercedes Benz" şirkəti və s.) İrana axın etmişdi. Hətta İran bazarı uğrunda rəqabət başlamışdı. Fransa şirkətləri isə neft sektoruna investisiya yatırmaq istəyirdi. Həmin sazişdən sonra İrana investisiya ilə gələn ABŞ yox, Avropa ölkələri oldu. Münbit şəraitdən əsasən Avropa oyunçuları yararlandı. İranın Avroatlantika istiqamətində irəliləməsi isə Rusiyanı narahat edirdi. İran höküməti altıtərəfli sazişə Rusiya ilə münasibətləri nəzərə alaraq əməl edir ”.

İŞİD-in aqibəti necə olacaq? - MƏHV-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR