Avrozonada isə iqtisadi əhval-ruhiyyə indeksi 34,2 bənd proqnozlaşdırıldığı halda, faktiki 29,3 bənd (iyulda - 35,5 bənd) təşkil edib.
Analitiklər Avropa Mərkəzi Bankının (ECB) açıqlanan göstəriciləri diqqətsiz qoymayacağını bildiriblər. İndeksin azalmasını iqtisadçılar avronun 2017-ci ildə ABŞ dolları ilə müqayisədə 10%-dən çox bahalaşması ilə izah edirlər. Avronun bahalaşması nəticəsində avropalı mal istehsalçılarının dünya bazarında rəqabət qabiliyyətinin azaldığı bildirilir.
Xatırladaq ki, avqustun 25-də ECB sədri Mario Draginin ABŞ-ın Cekson Hol kurort şəhərciyində keçirilən mərkəzi bank rəhbərlərinin sammitində çıxışı gözlənilir. Açıqlanan zəif iqtisadi göstəricilərdən sonra Draginin monetar ekspansiyanı davam etdiriləcəyi və ya ən yaxşı halda həcminin bir qədər azaldılacağını açıqlaması gözlənilir. Bu da öz növbəsində avronun bir qədər ucuzlaşmasına gətirib çıxara bilər.