“Report” xəbər verir ki, bu barədə klubların sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda səsvermənin fəal mərhələsi keçirilir. O qeyd edib ki, seçkilərdən əvvəl mayın 17-dən sentyabrın 20-dək ilkin səsvermə təşkil olunur. Qeydiyyatdan keçmiş hər bir istifadəçi http://caspianenergy.org/vote/
T.Əliyev qeyd edib ki, sentyabrın 20-də onlar tərəfindən təşkil olunacaq “Caspian Energy Transport & ICT Forum” çərçivəsində “Caspian European Club”un üzvləri ilkin səsverməni keçmiş namizədlər arasından İdarə heyətinin üzvlərini seçə bilərlər. Seçkilərin nəticəsi elə həmin gün ənənəvi "CEO Lunch"da elan ediləcək.
Onun sözlərinə görə, seçkilər hər il İdarə Heyətinin yeni tərkibini seçmək məqsədilə təşkil olunur. Namizədlər şirkət rəhbərləri, sahə klublarının prezidentləri, “Caspian European Club” və “Caspian American Club”un komitə rəhbərləri arasından seçiləcək.
T.Əliyev bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib və əlavə edib ki, Klubun tərkibində “Caspian European Club” və “Caspian American Club”un İdarə Heyətinin cəmi 12 üzvü yer ala bilər.
Əvvəlki seçkilər ötən il iyunun 13-dən sentyabrın 13-dək keçirilib. 2016-cı il oktyabrın 5-də isə İdarə Heyətinin yeni tərkibinin birinci iclası təşkil olunub.
T.Əliyev qeyd edib ki, caspianenergy.tv saytında İdarə Heyətinə namizədlərin video müraciətləri yerləşdirilib.
"Tərəfimizdən ilkin internet səsverməsi prosesinə bir neçə qanunsuz müdaxilə cəhdinin qarşısı alınıb. Səsvermənin nəticəsini dəyişməyə yönəlmiş istənilən cəhd obyektiv səsverməyə riayət məqsədilə müxtəlif İKT şirkətlərindən cəlb edilmiş İT mütəxəssislər qrupu tərəfindən zərərsizləşdiriləcək", - deyə T.Əliyev əlavə edib.