Tanınmış müğənni Xatun Əliyeva "Dilin yanacaq" adlı mahnının klipini təqdim edib.

Publika.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə media nümayəndələri və ifaçının yaxınları iştirak edib.

Sənətçi sözləri Arzu Yahyayeva, musiqisi Nadir Nəğdpula aid olan mahnısına çəkdirdiyi klip barədə bunları deyib:

“Əslində klipi daha tez çıxarmaq istəyirdik, ancaq bəzi səbəblərdən gecikdi. Bu il səhnə fəaliyyətimin 10 illiyidir. 2007-ci ildə professional səhnəyə gəlmişəm. Şükür Allaha ki, hazırda bu yerdəyəm. Fikirləşirəm ki, Azərbaycanımıza və hazırki vəziyyətə görə azdan-çoxdan işlər görmüşəm. Amma əsla etdiklərimə görə sinəmə döyməmişəm. Bu mənim sayca 10-cu klipimdir. İnanıram ki, tamaşaçılar tərəfindən bəyəniləcək. Düzünü desəm, klip çəkdirəndə fikirləşmirəm ki, bu “tutacaq” ya yox. İstəyirəm bunlar mənim arxivimdə qalsın. Gələcəkdə baxanda da, görüm ki, nəsə bir iş görmüşəm. Bu gün Aygün Kazımovanın yeni klipini görüb, ağladım. Çünki mənə uşaqlığımı, gəncliyimi xatırlatdı. Hamımız üçün xeyirlisi olsun”.

Qeyd edək ki, klipin rejissoru İlham Yaşaroğlu və müğənninin prodüseri Pənah Eldardır.

Pərviz Hüseyn