Şimali Koreya Yaponiyanın şimalı istiqamətində raket buraxılışı həyata keçirib.

Metbuat.az xəbər verir ki, KXDR tərəfindən buraxılışı həyata keçirilən raket Yaponiyanın Hokkaydo adasının üzərindən keçərək, ondan 1180 kilometr uzaqlıqda Sakit okeana düşüb. Yaponiya hakimiyyəti hadisə ilə əlaqədar yerli sakinlərə xəbərdarlıq edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixida Suqa KXDR-in raketinin hər hansısa qalıqlarının Yaponiya ərazisinə düşmədiyi haqda açıqlama verib.

“ABŞ Şimali Koreya məsələsində gözləmə mövqeyindədir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

“Şimali Koreya totalitar rejim idarəçiliyi altındadır. Əhalinin əksəriyyəti avantürist siyasətdən narazı olsa da, müqavimət göstərmək iqtidarında deyil. Yaponiya hökuməti Şimali Koreyaya qarşı genişləndirilmiş sanksiyalar tətbiq etməyə başlayıb. ABŞ və Cənubi Koreya da Şimali Koreyaya qarşı oxşar sanksiyalar tətbiq etmişdi. ABŞ-Cənubi Koreya-Yaponiya üçlüyü Çin və Rusiyanı da sanksiyalara qoşulmağa təhrik edir. Onsuz da Şimali Koreya məsələsi öz məcrasından çıxıb. Kim Çen In dünya ictimaiyyətinə meydan oxuyur. Dünyanı nüvə və kütləvi qırğın silahları ilə təhdid edir. Düşünürəm ki, Inn rejiminə son qoyulacaq. Ölkə çox böyük ehtimalla Cənubi Koreyaya birləşdiriləcək. ABŞ BMT qətnamələrinə məhəl qoymayaraq İraqa, Suriyaya müdaxilələr edib. Yeni müdaxilə üçün lazımi siyasi baza olmadığından gözləmə mövqeyi seçib”.

Bu kəndin bütün müsəlman əhalisi öldürüldü - O sağ qaldı... / VİDEO-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az