Myanmanın Arakan əyalətində son 3 gün ərzində 2-3 min müsəlman qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rohingya Birliyinin sözçüsü Anita Şuq açıqlama verib:

“Arakanda son günlər ordu mənsublarının müsəlmanlara qarşı apardığı qətliam 2012-ci il və ötən ilin oktyabrında həyata keçirilən soyqırımla müqayisədə dəfələrlə çoxdur. 900-1000 müsəlmanın öldürüldüyü Sauqpara kəndindən yalnız bir oğlan uşağı sağ qalıb. 2 minə yaxın arakanlı müsəlman isə Myanma-Banqladeş sərhəddində gözləyir. Sərhəd isə Banqladeş höküməti tərəfindən bağlanıb. Kəndlərdə qalanların həyatı təhlükə altındadır”.

Anita Şuq qətliamın dayandırılmasına yardım məqsədilə başda BMT olmaqla, beynəlxalq ictimaiyyətə müraciət edib.

Qeyd edək ki, Myanmada 1982-ci ildə qəbul edilən qanuna əsasən arakanlı müsəlmanlar vətəndaşlıq hüququnu itirib və rəsmi şəkildə “dövlətsiz” hesab edilirlər. Müntəzəm olaraq təzyiqlərə məruz qalan dini azlığa qarşı iqtisadi, hüquqi, milli ayrıseçkilik nümayiş etdirilir.

Gün ərzində 4 fincan qəhvə içsəniz... - XƏRÇƏNG-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az