İranın paytaxtı Tehranda naməlum şəxs bıçaqla insanlara hücum edib.
Publika.az xəbər verir ki, hadisə şəhərin cənubunda avtobus dayanacaqlarından birində qeydə alınıb.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.