Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.
“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.