Yük maşınları toqquşdu, sürücünün qolu sındı

Yük maşınları toqquşdu, sürücünün qolu sındı
06:51 9 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda sürücünün qolunun sınması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakı-Ələt magistralında baş verən hadisə zamanı “KamAZ” və “MAN” markali yük maşınları toqquşub.

Yolun buz bağlaması nəticəsində Fəxrəddin Vəliyevin idarə etdiyi “MAN” markalı iritonnajlı yük maşını öz hərəkətini davam etdirə bilməyib və yolun ortasında dayanıb. Bu zaman arxadan gələn Əfqan Babaşovun idarə etdiyi “KamAZ” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı “MAN” markalı avtomaşının sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR