Frankfurtda 70 mindən çox insan təxliyə edilir -

Almaniyanın Hessen vilayətində, Frankfurt şəhərində 72 min insan təxliyə olunacaq.

Metbuat.az-ın məlumatına görə, təxliyəyə səbəb şəhərdə İkinci Dünya müharibəsinə aid bombanın tapılmasıdır. 

1,8 tonluq bomba Vestend rayonunda tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı müharibə vaxtı Britaniya aviasiyası tərəfindən atılıb. Bazar günü mütəxəssislər bombanı zərərsizləşdirməyə çalışacaqlar. Əgər bu, alınmasa, partlayıcı yerində partladılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR